Xəbər lenti

 İngiltərə Baş naziri Tereza Meylə Avropa Komissiyasının rəhbəri Jan Klod Yunker arasında görüş baş tutub.

Axar.az xəbər verir ki, Belçikanın paytaxtı Brüsseldə bir araya gələn rəsmilər birgə bəyanatla çıxış ediblər.

“İngiltərə baş naziri və Avropa Komissiyasının rəhbəri qitədə və dünyada baş verən siyasi problemlərlə bağlı müzakirə apardı. Onlar İranla imzalanan nüvə razılaşmasının qorunmasının vacibliyini qeyd etdilər. Həmçinin avropalı vətəndaşların təhlükəsizliyinin təmin edilməsi, xüsusilə terrorizmlə mübarizə çərçivəsində onların qorunması məsələsi də müzakirə mövzusu oldu. Tərəflər eyni zamanda gələn həftə baş tutacaq Avropa Şurasının toplantısı ilə də bağlı hazırlıqlar prosesini sürətləndirib”, - deyə bəyanatda bildirilib.




Ana səhifəyə qayıt        Baxış: 631          Tarix: 17-10-2017, 06:48      

Xəbəri paylaş


Paylaş:   

Prizma