Ağ Ev bundan sonra ABŞ-a gələn qaçqınlardan əvvəlki kimi 5 il yox, 10 il müddətində harada olduğu barədə məlumat tələb edəcək.
“Report” “Reuters”ə istinadən xəbər verir ki, bununla bağlı yenilik sabahdan qüvvəyə minəcək.
Ağ Evin yeni qərarı prezident Donald Trampın bir sıra müsəlman dövlətlərinin vətəndaşlarına ABŞ-a gəlmələri ilə bağlı 120 günlük qadağanın bitməsinə bir gün qalmış verilib.
Yeniliyə əsasən, ABŞ-a gələn qaçqınlar əvvəlki kimi son 5 il yox, 10 il müddətində 30 gündən çox yaşadığı bütün yerlərdə telefon, elektron ünvan və yaşadığı ünvanları barədə məlumat verməlidir. Həmçinin qaçqınların ailə üzvlərinin telefon və elektron ünvanları barədə də məlumatda tələb olunacaq. İndiyədək ancaq ABŞ-da qohumları olan yeni köçkünlərdən bu cür məlumat toplanılırdı.
Qərarın əleyhinə olanlar hesab edir ki, yenilik 11 ölkədən olan kişi qaçqınların və bəzi fələstinlilərin ABŞ-a gəlməsinə əngəl törədək.
Bununla birlikdə prezident Donald Tramp ABŞ-da qaçqınların qəbulunun yenilənməsi haqqında icraçı fərmanı imzalayıb. Daha əvvəl administrasiyanın nümayəndəsi jurnalistlərə bildirib ki, məhdudiyyətlər 11 ölkə vətəndaşlarına aiddir. Lakin o, məhz hansı ölkələrin nəzərdə tutlduğunu açıqlamayıb. Həmin dövlətlərin vətəndaşları yalnız bəzi hallarda ölkəyə sonrakı üç ay boyunca buraxılacaqlar.
Yeniliklərin əleyhdarları əmindirlər ki, bu qərar 11 ölkədən kişilərə və ABŞ-a gələn bir sıra fələstinlilərə qarşı yönəldilib.
Paylaş: