Xəbər lenti

 

Audi şirkəti Frankfurt-2017 avtosalonunda bir çox yeniliklər gətirib. Onlardan biri də sükansız və pedalsız Aicon Concept-dir. Alman brendinin mətbuat xidmətindən bildiriblər ki, konseptual prototip Audi Aicon Concept şirkətin texnoloji potensialının göstəricisidir, o cümlədən gələcəyin nəqliyyat vasitələrinə baxışdır.

Ovqat.com auto.az-a istinadən bildirir ki, prototip Audi Aicon Concept 2+2 eniş formulu olan möhtəşəm 4-qapılı modeldir. Şirkətdən bildiriblər ki, yeniliyin eksteryerinin və interyerinin dizaynı yaxın gələcəkdə normaya çevriləcək.

Yuxarıda da qeyd edildiyi kimi, Audi Aicon Concept ənənəvi idarəetmə orqanlarından məhrum olub. Salonun perimetri boyu rəqəmsal əyləncə sistemi quraşdırılıb. İnsan ilə avtomobil arasında təmas xüsusi elektron köməkçi tərəfindən həyata keçirilir. O. sərnişinləri telefon nömrələri ilə tanıyır və sonra şəxsi tənzimləmələri aktiv edir.

Prototip Audi Aicon Concept-in təchizatlarına 4 elektrik mühərriki, döşəmənin altında yerləşdirilmiş akkumulyatorlar bloku daxildir. Ümumi güc 349 a.g., fırlanma anı isə 550 Nm-dir. Akkumulyator 700-800 km məsafə qət etməyə imkan verir.

Tez doldurma sistemi sayəsində akkumulyatorlar 30 dəqiqəyə 80 faiz enerji yığır. Təqdim edilmiş konseptin təchizatlar siyahısına, həmçinin naqilsiz yükləmə funksiyası daxildir. Şirkətdən deyiblər ki, lazım gəldikdə avtomobil özü enerji doldurma məntəqəsinə gedə bilər.

 

Məqaləyə dair fotomateriallar:




Ana səhifəyə qayıt        Baxış: 601          Tarix: 28-10-2017, 19:10      

Xəbəri paylaş


Paylaş:   

Prizma