“Rusiya Qırğızıstan-Qazaxıstan münasibətlərinin normallaşmasına kömək etməlidir”.
Bunu jurnalistlərə açıqlamasında Qırğızıstan Prezidenti Almazbek Atambayev söyləyib.
“Bilirsiniz ki, bir müddət əvvəl dostum, Rusiya Prezidenti Vladimir Putinlə görüşdüm. Ona açıq şəkildə dedim ki, əgər Avrasiya İttifaqı sizə lazımdırsa, bundan sonra baş verənləri sakitcə izləməməlisiniz”, – deyə o bildirib.
Qeyd edək ki, bir müddət əvvəl Qırğızıstan-Qazaxıstan münasibətləri pozulub. Qırğızıstan lideri Qazaxıstan Prezidenti Nursultan Nazarbayevi ölkənin daxili işlərinə qarışmaqda ittiham edib. Bundan sonra Astana ilə olan 100 milyonluq yardım müqaviləsi ləğv edilib, ölkələr arasında sərhədlər bağlanıb. Atambayev dövlət çevrilişinə cəhd ittihamı ilə ölkədəki əsas müxalif liderlərinin həbsinə start verib.
Paylaş: