Xəbər lenti

Niderlandda Booking.com-a qarşı kampaniya başlayır: Qarabağa səfərlər təşkil edirmiş

Niderlandda Qarabağa qanunsuz səfərlər təşkil edən Booking.com saytına qarşı kampaniyaya start verilib.

Publika.az-a bu barədə məlumatı diaspor üzrə araşdırmaçı jurnalist Elnur Eltürk verib:

“Kampaniyaya strart verən, Niderlandda yaşayan, EuroAz.NL saytının təsisçisi, bloger Emil Əliyev bütün dünyanı əhatə edən booking.com saytına qarşı etiraz kampaniyasının effektiv şəkildə aparılacağını qeyd edib. Saytın elektron ünvanlarına əsasən ingilis və ya fərqli dillərdə etiraz məktubları göndəriləcək”.

QEYD: Niderlandın dünyaca məşhur Booking.com saytı Ermənistan tərəfindən işğal olunmuş Azərbaycan ərazilərində yerləşən hotellərlə işləyir. Hazırda bu saytdan işğal altında olan Dağlıq Qarabağda hotel sifariş etmək olar




Ana səhifəyə qayıt        Baxış: 604          Tarix: 22-11-2017, 17:12      

Xəbəri paylaş


Paylaş:   

Prizma