Xəbər lenti

 Almaniya hökuməti sığınacaq tələbi rədd edilən miqrantların könüllü olaraq öz ölkələrinə qayıtmaları üçün onlara göstərilən maddi yardımın həcmini artırıb.

Axar.az xəbər verir ki, “Bild” qəzeti indiyə qədər könüllü olaraq öz ölkələrinə getməyə qərar verən ailələrə 3 min avrodan çox pul ödənildiyini xatırladaraq, onları 28 fevrala qədər bu kampaniyaya qoşulmağa dəvət edib. Qəzet həmçinin şəxsi istəkləri olanlara da əlavə 1000 avro veriləcəyini bildirib.

Qeyd edək ki, bu ilin fevral-oktyabr aylarında proqrama 8639 nəfər müraciət edib.




Ana səhifəyə qayıt        Baxış: 615          Tarix: 4-12-2017, 08:27      

Xəbəri paylaş


Paylaş:   

Prizma