Xəbər lenti

 Qarabağ müharibəsi qəhrəmanı İbad Hüseynov və Türkiyə Prezidentinin baş müşaviri Yalçın Topçu Türkiyənin Kırşəhər bölgəsinə gələrək buradakı rəsmilərlə görüşüb.

Ovqat.com Axar.az-a istinadən xəbər verir ki, görüş əsnasında Kırşəhər Bələdiyyəsi Azərbaycan-Türkiyə qardaşlığının rəmzi olaraq buradakı Kent parkının yaxınlığındakı küçəyə İbad Hüseynovun adının verildiyini açıqlayıb.

Küçənin açılış mərasiminə Ərdoğanın müşaviri Yalçın Topçu, şəhər valisi Necati Şəntürk və qəhrəmanımız İbad Hüseynov da qatılıb.

Daha sonra keçirilən “Tarixi həqiqətlərin işığında soyqırım yalanları” adlı konfransda azərbaycanlı professor Qafar Çaxmaqlı da iştirak edib.




Ana səhifəyə qayıt        Baxış: 1 192          Tarix: 4-05-2017, 23:14      

Xəbəri paylaş


Paylaş:   

Prizma