Xəbər lenti
 Mətbuat Mərkəzində "Xüsusi təyinatlı İbad 2" filminin çəkiliş qrupu film barədə danışıb.
Ovqat.com Sputnik-ə istinadən bildirir ki,rejissor Natiq Novruzov Qarabağ müharibəsi qəhrəmanı İbad Hüseynli barədə filmlərini davam etdirərək "Xüsusi təyinatlı İbad 2" bədii filmini çəkəcək. Rejissorun fikrincə, ölkəmizdə bu tipli filmlər daha çox çəkilməlidir. "Bu cür filmlər həm xalqın, həm də əsgərlərimizin döyüş ruhunu yüksəldərək hamını birləşdirir. Biz torpaqlarımız uğrunda mübarizəni sonadək davam etdirməli və xalqımızın qəhrəman oğullarını unutmamalıyıq" — Novruzov bildirib.





Ana səhifəyə qayıt        Baxış: 1 406          Tarix: 27-04-2017, 20:04      

Xəbəri paylaş


Paylaş:   

Prizma