Xəbər lenti

Ermənistanın baş naziri Azərbaycana gəldi – Gizli MÜHARİBƏ GEDİR

Ermənistanın baş naziri Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ bölgəsinə gəlib.

Publika.az
 xəbər verir ki, Karapetyan Qarabağda zavodlara baş çəkəcək, həmçinin qondarma “DQR” nümayəndələri ilə görüşəcək.

Qeyd edək ki, Karapetyanın səfəri Serj Sarkisyanın dekabrın 1-də Qarabağa gəlişi fonunda diqqət çəkir. Hər iki səfərin 2018-ci ilin aprelindən sonra ölkəyə kimin rəhbərlik etməsi ilə bağlı olduğu ehtimalı var.

Gələn ilin aprelində Sarkisyan prezident səlahiyyətlərini başa vuracaq, bundan sonra Ermənistanın yeni konstitusiyasına əsasən ölkədə əsas söz sahibi baş nazir olacaq.

Məlumatlara görə, Sarkisyan əvvəlcə Rusiyanın adamı olan Karapetyanla razılaşıb. Razılaşmaya görə, Sarkisyan baş nazir olur və xarici siyasətlə təhlükəsizlik məsələrinə nəzarət edir, Karapetyan isə baş nazirin birinci müavini olaraq hökuməti idarə edir. Lakin sonradan bu razılaşma pozuldu və Karapetyan postundan imtina etməkdən vaz keçdi. Bu, Moskanın Avropa İttifaqı ilə saziş imzalayan Sarkisyana cəzası idi. İndi Sarkisyanla Karapetyan arasında əsas mübarizə gələn il ölkəyə kimin rəhbərlik etməsi üzərində gedir. Bu prosesdə Dağlıq Qarabağ faktoru əsas amildir. Sarkisyan Qarabağa gələrək, erməni ictimaiyyətinin gözündə “öz qiyməti”ni artırmaq gedişi etdi. Eyni gedişi indi də Karapetyan edir. Ermənistan mediası Sarkisyanla Karapetyanın “kim baş nazir olacaq” müharibəsinin başladığını yazır. Qeyd olunur ki, rəsmi şəkildə tərəflər bir-birinin əlini sıxsa da, gizlində qarşıdurma gedir. Görünür, bu müharibə Qarabağdan başlayıb




Ana səhifəyə qayıt        Baxış: 787          Tarix: 16-12-2017, 15:08      

Xəbəri paylaş


Paylaş:   

Prizma