Xəbər lenti
       Məşhur müğənnidən ŞOK İDDİA: “Telman İsmayılovun qarşısında diz çöküb…”  

Rusiyada yaşayan azərbaycanlı iş adamı Telman İsmayılov daha bir qalmaqalla gündəmə gəlib. Belə ki, bu dəfə onun adı Rusiyanın tanınmış müğənnisi Avraam Russonun arvadı Morella ilə qalmaqallı boşanmasında hallanıb.

Telefon danışığı zamanı Morella tanınmış ifaçıya "sən Telmansız, İosifsiz (prodüser İosif Priqojin) heç kimsən" deyir. Xanımın iddiasına görə, onlar əslən Suriyadan olan ərinin Moskvaya gəlməsinə və ulduz olmasına kömək ediblər.

Russo isə bu sözləri deyib: “Ən böyük estrada ulduzları Telmanın önündə diz çökdülər və ona “Sən Tanrısan, Çarsan!” dedilər. Amma mən onun qarşısında sürünüb yalvarmadım, baxmayaraq ki, məni yer üzündən silə bilərdi”//Publika.az




Ana səhifəyə qayıt        Baxış: 526          Tarix: 19-12-2017, 00:05      

Xəbəri paylaş


Paylaş:   

Prizma