Xəbər lenti

İsrailin baş naziri Binyamin Netanyahu BMT-nin Təhlükəsizlik Şurasında Qüdslə bağlı qətnaməni blokladığına görə ABŞ prezidenti Donald Trampa və Birləşmiş Ştatların BMT yanındakı daimi nümayəndəsi Nikki Heylə təşəkkür edib.

"Report" TASS-a istinadən xəbər verir ki, İsrailin hökumət başçısı müvafiq bəyanatı "Facebook" sosial şəbəkəsində yerləşdirib.

"Siz həqiqət şamını yandırdınız. Siz qaranlığı qovdunuz. Bir döyüşçü orduya qalib gəldi, həqiqət yalana qalib gəldi", - deyə yəhudi dövlətinin hökumət başçısı bildirib.

ABŞ-ın Qüdsün İsrailin paytaxtı kimi qəbul edilməsi qərarına qarşı BMT Təhlükəsizlik Şurasında qətnamənin qəbul edilməsi rəsmi Vaşınqton tərəfindən bloklanıb. Ağ Ev rəhbəri Donald Tramp dekabrın 6-da Qüdsün İsrailin paytaxtı olduğunu qəbul edib və ölkəsinin səfirliyini bu şəhərə köçürülməsi barədə göstəriş verib.




Ana səhifəyə qayıt        Baxış: 793          Tarix: 19-12-2017, 12:57      

Xəbəri paylaş


Paylaş:   

Prizma