Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova ABŞ Dövlət Departamentinin Rusiya Mərkəzi Seçki Komissiyasının müxalifətçi Aleksey Navalnının prezident seçkilərində namizədliyini qeydiyyatda almaqdan imtina etməsi ilə bağlı qərarı haqqında fikirlərini Rusiyanın daxili işlərinə və seçki prosesinə birbaşa müdaxilə adlandırıb.
Bu barədə "Report" Rusiya mətbuatına istinadən xəbər verir.
Dövlət Departamentinin nümayəndəsi Kley Noelin Rusiya hökuməti tərəfindən “müstəqil səslərə” qarşı ciddi tədbirlərin görməsi haqqında bəyanatı M.Zaxarovanı bu cür düşünməyə vadar edib.
"Və bu insanlar bütün il ərzində Rusiyanın onların seçki prosesinə güya müdaxilə etməsindən narazı idi? Dövlət Departamentinin sonuncu olmayacağına əmin olduğum bəyanatı seçki prosesinə və ölkənin daxili işlərinə birbaşa müdaxilədir", - deyə M.Zaxarova özünün "Facebook" hesabında yazıb.
Paylaş: