
Türkiyə prezidenti Rəcəb Tayıb Ərdoğan ABŞ-ı ittiham edib və deyib ki, onlar ancaq sərf edəndə demokratiyanı yada salır.
“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə o, Düzcə vilayətində tərəfdaşları qarşısında çıxış edərkən deyib.
"ABŞ bəyan edib ki, BMT-ə maliyyə yardımı dayandıracaq. Bəs onların demokratiyası harada? Belə çıxır ki, ABŞ-a ancaq sərf edəndə onlar demokratiyanı yada salır ," – deyə R.Ərdoğan deyib.
Qeyd edək ki, BMT Baş Assambleyası ABŞ-ın Qüdsü İsrailin paytaxtı kimi tanımasına qarşı qətnaməni səslərin çoxluğu ilə qəbul etdikdən sonra, ABŞ-ın bu qurumdakı nümayəndəsi Nikki Heyli 180-dən çox ölkəyə məktub ünvanlayıb və ABŞ-ın bununla bağlı tədbirlər görəcəyini söyləyib. Məktubda həmçinin deyilib ki, səsvermənin nəticəsi ABŞ ilə BMT arasında münasibətə təsirsiz ötüşməyəcək.
Paylaş: