Xəbər lenti

İordan çayının Qərb Sahilində İsrail hərbçiləri ilə toqquşmalar zamanı bir fələstinli ölüb.

Bu barədə Fələstinin Səhiyyə Nazirliyi məlumat yayıb.

Fələstin torpaqlarında etiraz dalğası ABŞ prezidenti Donald Trampın Qüdsü İsrailin paytaxtı kimi tanımaq barədə qərarına cavab olaraq başlayıb və artıq bir aydan çoxdur ki, davam edir.

"24 yaşlı gənc fələstinli Kalkinyi şəhəri ərazisində İsrail hərbçiləri ilə toqquşmalar zamanı güllələnib", — deyə nazirliyin məlumatında bildirilir.

Daha bir fələstinli başından güllə yarası ilə xəstəxanaya yerləşdirilib. Onun həyatı təhlükədədir/Report




Ana səhifəyə qayıt        Baxış: 605          Tarix: 16-01-2018, 11:10      

Xəbəri paylaş


Paylaş:   

Prizma