Xəbər lenti

“Rusiya terrorçuların Dəməşqi atəşə tutmasına sonsuza qədər dözməyəcək”.

“RİA-Novosti”  xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin Avstriyanın kansleri Sebastyan Kurtsla danışıqlardan sonra bildirib.

Ölkə liderinin sözlərinə görə, terrorçular hər gün Suriya paytaxtına 50-80 raket zərbəsi endirirlər.

“Şərq Qutada olan döyüşçülər hər gün Dəməşqə zərbələr vururlar. Həmçinin, terrorçular atdığı raketlər Rusiya səfirliyi və ticarət nümayəndəliyinin ərazisinə düşür. Buna sonsuza qədər dözmək olarmı? Əlbəttə ki, xeyr”, – dövlət başçısı deyib.

Qeyd edək ki, Şərqi Quta hazırda Suriyada terrorçuların son qalalarından biri olaraq qalır/Publika.az.

 




Ana səhifəyə qayıt        Baxış: 679          Tarix: 1-03-2018, 11:01      

Xəbəri paylaş


Paylaş:   

Prizma