Xəbər lenti

Britaniyanın xarici işlər naziri Boris Conson deyib ki, ölkəsinin hüquq-mühafizə orqanları Britaniyada aktivləri olan varlı rusiyalılarla bağlı təhqiqat aparır.

Onun sözlərinə görə, sərvətini prezident Vladimir Putinlə əlaqələr hesabına yığmış şəxslər ədalət mühakiməsinə verilə bilər. Martın 15-də danışan Conson ölkəsinin bir gün öncə Rusiyayla bağlı açıqladığı addımları müdafiə edib.

Conson BBC radiosuna deyib ki, Milli Cinayətkarlıq Agentliyi və onun iqtisadi cinayətlər bölməsi bir sıra fərdlərlə bağlı təhqiqat aparır. O, detalları açıqlamayıb. Xarici işlər nazirinin sözlərinə görə, bu hücum Rusiyanın “rejimə qarşı çıxanların başına nəyin gələcəyini onlara çatdırmaq yoludur”.

Bu arada Britaniya hökumətinə deputatlar və media təzyiq göstərir ki, Rusiyaya qarşı sərt mövqe göstərsin. Kreml isə martın 15-də bildirib ki, Londonun zəhərlənmə hadisəsiylə bağlı atdığı addımlar “məsuliyyətsiz”dir. “İnterfax” xarici işlər naziri Sergei Lavrova istinadla yazıb ki, Rusiyanın “cavabı tezliklə gələcək, sizi əmin edirəm”.

 “Rusiya da Britaniya diplomatlarını ölkədən çıxaracaqmı?” sualının cavabında Lavrov deyib ki, bunu “tezliklə” edəcək.

Putinin sözçüsü Dmitri Peskov deyib ki, Moskva Britaniyanın yanaşmasını “məsuliyyətsiz” sayır və buna cavab tədbirləri hazırlayır: “Rusiyanın Böyük Britaniyada baş verənlərə bağlılığının olmadığını israrla bildiririk”, deyə Peskov jurnalistlərə bildirib.

 

 




Ana səhifəyə qayıt        Baxış: 662          Tarix: 15-03-2018, 17:31      

Xəbəri paylaş


Paylaş:   

Prizma