Xəbər lenti

“Vladimir Putin yeni prezidentlik müddətində dünyanın bir çöx ölkələri, o cümlədən ABŞ və Avropa ilə münasibətləri  inkişaf etdirmək niyyətindədir”.

Strateq.az “RİA-Novosti”yə istinadən bildirir ki, bu sözləri prezidentin mətbuat katibi Dimitri Peskov bəyan edib. O qeyd edib ki, Putinin daxili siyasəti Rusiyanı dünyadan böyük miqyasda təcridinə aparıb çıxarmayacaq: “Putin harada mümkündürsə həmin yerdən əlaqələri düzəltmək istəyir” – deyə Peskov RT-yə müsahibəsində bildirib. Peskovun sözlərinə görə, Putinin xarici siyasətinin əsas məqsədi  ölkə qarşısında duran məsələlərin həlli üçün komfortun təmin olunmasıdır: “Bunun üçün prezidentə diplomatiyanın dəstəyi çox vacibdir”.

Mətbuat katibi həmçinin deyib ki, Rusiya silahlanma yarışına qoşulmaq niyyətində deyil və hərbi xərclərini azaltmağı planlaşdırır.

 




Ana səhifəyə qayıt        Baxış: 604          Tarix: 23-03-2018, 12:34      

Xəbəri paylaş


Paylaş:   

Prizma