Xəbər lenti

 

“İslam dünyasındakı bəzi xalqların taleyi prinsipsiz, dəyərsiz idarəçilərin əlindədir. Bunlardan biri də Səudiyyə Ərəbistanı krallığıdır”.

Ovqat.com xəbər verir ki, bu sözləri İranın dini lideri Seyid Əli Hüseyn Xameneyi deyib.

Ramazanın ilk günü münasibətilə təşkil edilən bir mərasimdə çıxış edən dini lider bununla da kifayətlənməyib. O, daha da irəli gedərək, Səudiyyə krallığını ABŞ-ın damazlıq inəyinə bənzədib:

“Bu cür rəhbərliklər neft satışından əldə etdikləri sərvəti xalqlarının dolanışığını yaxşılaşdırmağa sərf etmək əvəzinə kafirlərə xərcləyirlər. Bu axmaqlar pul verərək, İslam düşmənlərinin səmimiyyətini qazanacağını zənn edirlər. Amma əslində yaxınlıq filan yoxdur və amerikalılar özlərinin də etiraf etdiyi kimi, damazlıq inək kimi Səudiyyənin pullarını sağmaq və sonra da kəsmək üçün ordadırlar. "

Xameneyinin fikrincə,"Həm bu cür idarəçilər, həm də bunların ümid bağladıqları hakimiyyətlər  gec-tez mütləq yıxılacaqlar".




Ana səhifəyə qayıt        Baxış: 1 152          Tarix: 29-05-2017, 01:11      

Xəbəri paylaş


Paylaş:   

Prizma