Xəbər lenti

 Rusiya öz vətəndaşlarını Gürcüstana getməkdən çəkinməyə çağırıb.

Axar.az xəbər verir ki, bu barədə informasiyanı Rusiya Xarici İşlər Nazirliyi yayıb.

“Gürcüstan hakimiyyətinin Lujkovu Abxaziya və Cənubi Osetiyaya səfər etdiyinə görə arzuolunmayan şəxs siyahısına əlavə etməsi haqqında bəyanatına diqqət yetirdik. Rusiya Xarici İşlər Nazirliyi bir daha vətəndaşlarının diqqətinə Gürcüstana səfərlərin riskli olmasını çatdırır”, – deyə bəyanatda bildirilib.

Qeyd edək ki, Tiflis Moskvanın eks-meri Yuri Lujkovu qara siyahısına salıb.

Rusiyanın fəaliyyəti nəticəsində Gürcüstan ərazisində Abxaziya və Cənubi Osetiya kimi münaqişə zonaları yaradıb. Moskva hər iki qondarma respublikanı tanıyıb və bu ərazilərdə öz ordularını yerləşdirib.




Ana səhifəyə qayıt        Baxış: 778          Tarix: 16-05-2017, 09:55      

Xəbəri paylaş


Paylaş:   

Prizma