Xəbər lenti

 

Suriya prezidenti Bəşər Əsəd Amerika lideri Donald Trampın onun ünvanına səsləndirdiyi təhqirlərə cavab verib.

Suriya lideri “Russian Today” telekanalına müsahibəsində Tramp tərəfindən səsləndirilən təhqirlərə laqeyd yanaşdığını bildirib.

“Mən belə dillə danışmıram və belə ifadələrdən istifadə etməyəcəyəm. Trampın belə dili onun haqqında təsəvvür yaratmağa imkan verir. O, öz mahiyyətini göstərmək istəyirdi, vəssalam”, – Əsəd deyib.

Xatırladaq ki, apreldə Duma şəhərində kimyəvi hücumu haqqında xəbərlərin fonunda Tramp Suriya liderini “heyvan” adlandırıb/Publika.az




Ana səhifəyə qayıt        Baxış: 620          Tarix: 31-05-2018, 11:38      

Xəbəri paylaş


Paylaş:   

Prizma