Xəbər lenti

Qahirə aeroportu yaxınlığında yanacaq dolu çən havanın hədsiz isti olması səbəbindən partlayıb.

“RİA Novosti” agentliyi xəbər verir ki, bu fikri Misir ordusunun rəsmi nümayəndəsi Tamer Rifai KİV-lər üçün açıqlamasında söyləyib. “Havanın temperaturunun yüksəlməsi nəticəsində “Heliopolis” neft şirkətinin çənlərindən birində partlayış baş verib”, – deyə ordunun KİV üçün bəyanatında bildirilir.

Bundan əvvəl Misirin Mülki Aviasiya Nazirliyi partlayışın Qahirə aeroportundan kənarda baş verdiyini və aeroportun işinə təsir etmədiyini bildirib.

Partlayışın səbəb olduğu yanğın söndürülüb.

 




Ana səhifəyə qayıt        Baxış: 381          Tarix: 13-07-2018, 13:25      

Xəbəri paylaş


Paylaş:   

Prizma