Xəbər lenti

 

Vyananın şimalındakı Nqean əyalətində hərbi təyyarə qəzaya uğrayıb.

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, hadisə yerli vaxtla günorta saatlarında, Vin şəhərindən 100 kilometr uzaqlıqda baş verib.

Ölənlər və yaralananlar haqqında məlumat daxil olmayıb, amma hadisə yerindəki təyyarə qalıqlarına görə, nəqliyyat vasitəsinin partladığını demək olar.

Yerli hökumət nümayəndələri arasındakı mənbələr təyyarənin göyərtəsində iki hərbçinin olduğunu və onların öldüyünü bildirib. Hadisənin səbəbləri hələlik aydın deyil.




Ana səhifəyə qayıt        Baxış: 481          Tarix: 26-07-2018, 15:41      

Xəbəri paylaş


Paylaş:   

Prizma