Xəbər lenti
Bu gün, 19:03
Bu gün, 12:08
Bu gün, 09:52
Dünən, 16:00
12-02-2026, 19:03
12-02-2026, 18:21
12-02-2026, 14:34
12-02-2026, 10:23
11-02-2026, 18:10
11-02-2026, 17:50
11-02-2026, 16:15
11-02-2026, 13:59
11-02-2026, 11:23
11-02-2026, 10:30

Şimali Koreya 1950-53-cü illər Koreya müharibəsində həlak olmuş 55 amerikalı əsgərin qalıqlarını Birləşmiş Ştatlara təhvil verib. Ağ evin mətbuat xidmətinin məlumatına görə, qalıqlar hərbi-nəqliyyat təyyarəsi vasitəsilə Seul yaxınlığındakı Osan bazasına aparılıb.
Qalıqların repatriasiya mərasimi avqustun 1-nə təyin olunub. Birləşmiş Ştatlarda bunu beş mindən çox amerikalının axtarışı yönündə vacib addım sayırlar.
ABŞ prezidenti Donald Tramp Twitter-də Şimali Koreya lideri Kim Çen Ina təşəkkür edib, bir çox ailələr üçün böyük an olduğunu bildirib.
Bu gün Koreya müharibəsinə son qoyan atəşkəs sazişindən 65 il keçir. Ancaq o vaxtdan Şimali və Cənubi Koreyalar arasında münaqişəni bitirəcək rəsmi razılaşma imzalanmayıb.
(Azadlıq radiosu)
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Video




























