Xəbər lenti

 Türkiyə Birləşmiş Ştatların təhdid dilini qəbul etmir. Rəsmi Vaşinqtonun bu cür davranışı ölkələr arasındakı müttəfiqlik münasibətlərinə uyğun deyil.

Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, Türkiyə Milli Təhlükəsizlik Şurasının prezident Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə keçirilən toplantısından sonra yayılan bəyanatında belə deyilir.

"ABŞ tərəfindən Türkiyənin ünvanına istifadə edilən təhdid dili hörmətsizlikdir və bu tamamilə yolverilməzdir", - deyə bəyannamədə bildirilir.

Qeyd edək ki, 5,5 saat davam edən iclasda qəbul edilən bəyannamədə bundan əlavə, hökumətin Suriya siyasəti, FETÖ, PYD, YPG ilə mübarizə yolları haqda müddəalar da yer alıb.

Onu da xatırladaq ki, ABŞ prezidenti Donald Tramp və vitse-prezident Mayk Pens İzmirdə ev dustağı olan amerikalı rahibin azad edilməyəcəyi təqdirdə Türkiyəyə qarşı iqtisadi sanksiyaların tətbiq olunacağını istisna etməyiblər.

Buna cavab olaraq Türkiyə XİN rəhbəri Mövlud Çavuşoğlu bəyan etmişdi ki, Ankara ABŞ təhdidlərinə və dövlət siyasətinə müdaxiləsinə dözmək niyyətində deyil.




Ana səhifəyə qayıt        Baxış: 511          Tarix: 31-07-2018, 10:30      

Xəbəri paylaş


Paylaş:   

Prizma