Xəbər lenti

Aşqabadda Türkmənistan Nazirlər Kabineti sədrinin müavini Batır Ereşov intihar edib. 
Oxu.Az “Xroniki Turkmenistana”ya istinadən xəbər verir ki, Ereşov özünü asıb.
Baş nazirin müavini mayın 3-də intihar edib, amma bu barədə yalnız indi məlum olub. 
Batır Ereşov sənayeyə kuratorluq edirdi. Onun Türkmənistanda korrupsiya əleyhinə kampaniya çərçivəsində açılan işlərdən birinin fiqurantı ola biləcəyi ehtimal edilir. Onun oğlu aprelin sonunda həbs edilib. 

 

  




Ana səhifəyə qayıt        Baxış: 771          Tarix: 22-05-2017, 13:19      

Xəbəri paylaş


Paylaş:   

Prizma