““S-400” zenit-raket müdafiə sisteminin Türkiyədə quraşdırılmasına 2019-cu ilin oktyabrında başlanılcaq”.
“Anadolu” xəbər verir ki, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar bildirib.
Onun sözlərinə görə, 2019-cu ilin əvvəlində Türkiyə müdafiə sistemi kompleksi ilə bağlı təlimatlanmaq üçün Rusiyaya heyət göndərəcək:“Hazirda heyətin seçilməsi mərhələsindəyik”.
Nazir vurğulayıb ki, “S-400”lə bağlı NATO və ABŞ-ın narahatlğı yersizdir: “Biz ”S-400”lə bağlı qərarı seçimə görə deyil, məcburiyyət qarşısında qəbul etmişik”.
H.Akar deyib ki, ABŞ “F-35” döyüş təyyarələrini 2019-cu ilin martında Türkiyəyə tədarük edəcək.
Qeyd edək ki, Türkiyə hava hücumundan müdafiə sistemi ilə bağlı ABŞ və NATO-ya dəfələrlər müraciət etmişdi. Onlar Türkiyəyə müvəqqəti olaraq, “Patriot” vermiş, bir il sonra isə sistemi ölkədən çıxarmışdılar.
Report
Paylaş: