Xəbər lenti

ABŞ lideri Donald Tramp Birləşmiş Ştatların öz dövlət borcunu onun ikinci prezidentlik müddətinin sonunda bağlayacağını bildirib.

RİA “Novosti”nin məlumatına görə, bu barədə “The Hill” nəşri yazıb.

Çərşənbə günü iş yerlərinin artırılmasına həsr olunmuş tədbirdə çıxış edən Tramp ABŞ-ın böyük məbləğdə borcunun olduğunu və ölkənin tezliklə onları ödəməyə başlayacağını bildirib.

Bundan əvvəl ABŞ-da büdcə kəsirinin ÜDM-ə nisbəti 6 illik rekordu yenilədiyi məlum olub.

 




Ana səhifəyə qayıt        Baxış: 248          Tarix: 2-11-2018, 13:49      

Xəbəri paylaş


Paylaş:   

Prizma