Xəbər lenti

Tacikistanda sovet dövründən qalan hərbi rütbə adlarını dəyişdirmək qərara alınıb.

AZƏRTAC xəbər verir ki, Tacikistan hökuməti yanında Dil və Terminologiya Komitəsi alimlərdən, hərbçilərdən Əhəmənilər, Sasanilər, Samanilər dövrünün qədim əlyazmalarını araşdıran xüsusi qrup yaradıb. Bu qrup milli ordunun zabit və serjant heyətinə verilən hərbi adların tacik dilində alternativlərini dəqiqləşdirməklə məşğuldur.

Komitənin məsul əməkdaşı Əbdurahim Zulfoniyon deyib: “Qrup komitənin təklif etdiyi tacik hərbi adlarını müzakirəyə çıxarıb bəyənəcək. Hazırda Tacikistan odrusunda işlədilən rus hərbi rütbələr islahatlardan sonra belə səslənəcək: yefreytor – radabon, kiçik serjant – dastavar, serjant – dastayor, böyük serjant – dastabon, starşina – sardasta, kapitan – sadavar, podpolkovnik – ləşkəryor, polkovnik – sərləşkər”.

Daha yüksək rütbələrin necə adlandırılması barədə məlumat hələ ki verilmir.

 




Ana səhifəyə qayıt        Baxış: 357          Tarix: 2-11-2018, 14:51      

Xəbəri paylaş


Paylaş:   

Prizma