Xəbər lenti
27-11-2024, 19:25

 

Qarabağa gələn Ermənistan baş nazir əvəzi Nikol Paşinyan statusu ilə özünü ifşa etdi. Türkiyə səudiyyəli jurnalist Camal Qaşıqçının bədəninin turşuda əridilməsi barədə informasiyanı araşdırır. ABŞ İrana qarşı sanksiyaların növbəti hissəsini qəbul edib. İran prezidenti Həsən Ruhani ABŞ-ın tətbiq etdiyi sanksiyaları şərh edib. Rəsmi Vaşinqtonun Avropa İttifaqından olan şirkətlərə ABŞ-la və eyni zamanda İranla bizneslə məşğul olmağa icazə verməyəcəyini açıqlayıb.

Qarabağ separatçılarının rəhbəri Bako Saakyan və Ermənistan baş nazir əvəzi Nikol Paşinyan dünən erməni qoşunlarının Azərbaycan ordusuyla təmas xəttinə gəliblər. Həm Saakyan, həm də Paşinyan burada erməni hərbçilərinin fəaliyyəti ilə tanış olublar. Onları qondarma qurumun “müdafiə naziri” Levon Mnatsakanyan və Ermənistan Milli Təhlükəsizlik Xidmətinin rəhbəri Artur Vanetsyan müşayiət edib.

Paşinyan əsgərlərlə çəkdirdiyi şelfini Feysbuk səhifəsində “Bizim adımız Ermənistan ordusudur” statusu ilə paylaşıb.

Bununla da Paşinyan Ermənistanın illərdir irəli sürdüyü “Qarabağda özünü müdafiə ordusu döyüşür” iddialarını alt-üst edib və Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğal edildiyini etiraf edib.

Avrasiya İttifaqı İnstitutunun baş direktoru Vladimir Lepexin bildirib ki, seçki öncəsi Paşinyanın məşhurluğu pik həddinə çatıb və böyük ehtimala o, dağıdıcı qələbəni qazanacaq: “Lakin Ermənistanda əhalinin emiosiyalarında sınmalar başlanıb. Suallar verilir ki, Paşinyan niyə indiyə qədər iqtisadi islahatlar həyata keçirmir. Əslində bu sualların ortaya çıxmasından sonra Paşinyan parlamentin buraxılması və növbədənkənar seçkilərin keçirilməsi qərarını sürətlə qəbul etdi. Onun Qarabağa gedərək, populist çıxışlar etməsi də buna hesablanıb”.

Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının baş katibi vəzifəsinə keçmiş müdafiə naziri Vaqarşak Arutyunyanın namizədliyini irəli sürəcək. “Armenpress” saytının iddiasına görə, KTMT baş katibliyi 2020-ci ilə qədər Ermənistanda olmalıdır və buna görə də İrəvan namizədlikdə israr edəcək.

Qeyd edək ki, noyabrın 2-də KTMT-nin rəhbəri Yuri Xaçaturov vəzifəsindən azad edilib. Rotasiya qaydasına uyğun olaraq, KTMT rəhbərliyi Belarusa keçməlidir və Belarus artıq Bakıda təhsil alan general Stanislav Zasın namizədliyini irəli sürüb.

“Münbiç hadisələrində ABŞ daha əvvəl PKK-nın və ya YPG-nin bölgədəki varlığına icazə verilməyəcəyini demişdi. Məsələnin həlli yolu isə bir sonrakı aya, ilə təxirə salınmışdı. Lakin Türkiyənin artıq bu problemləri təxirə salmağa səbri və dözümü qalmayıb”. Bu sözləri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın köməkçisi Fuad Oqtay mətbuata açıqlamasında deyib.

“ABŞ prezidenti Donald Trampın kürəkəni Cerard Kuşner İsrail və Səudiyyə Ərəbistanı koalisiyasına başçılıq edir”. Bu sözləri türkiyəli köşə yazarı Taha Dağlı öz məqaləsində qeyd edib.

Məqalədə İsrailin baş naziri Benyamin Netanyahunun səudiyyəli jurnalist Camal Qaşıqçı cinayəti ilə bağlı “yaşananalar qorxuncdur, amma Səudiyyə Ərəbistanın sabitliyi daha önəmlidir” açıqlaması təhlil edilib və baş nazirin bu açıqlamanı vermə səbəbi ilə bağlı şok iddialar ortaya atılıb.

Jurnalist Camal Qaşıqçının oktyabrın 2-də Səudiyyə Ərəbistanının İstanbuldakı Baş konsulluğunda öldürülməsindən tam 9 gün sonra səudiyyəlilər Qaşıqçının cəsədindən xilas olmaq və dəlilləri yox etmək üçün İstanbula bir kimyaçı və bir toksikoloji mütəxəssis göndərib. Bu haqda Türkiyənin “Sabah” qəzetinin əməkdaşı Abdurrahman Şimşək yazıb.

Onun sözlərinə görə, oktyabrın 11-də Türkiyəyə gələn 11 nəfərlik qrupun içində kimyaçı Əhməd Əbdüləziz Aljanobi və toksikoloji mütəxəssisi Xalid Yəhya Al-Zahrani də olub.

Türkiyə səudiyyəli jurnalist Camal Qaşıqçının bədəninin turşuda əridilməsi barədə informasiyanı araşdırır. Bu haqda Türkiyə vitse-prezidenti Fuad Oqtay bildirib.

Bu gün səhər saat 09:00-da ABŞ-la İran arasında iqtisadi müharibə başlandı. ABŞ İrana qarşı sanksiyaların ikinci mərhələsinə bu gün start verib. Bu sanksiyalar İranın enerji resurslarına qarşıdır.

Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp may ayında Vaşinqtonun nüvə proqramı üzrə İranla razılaşmadan çıxdığını elan edib. O həmçinin İrana qarşı bütün sanksiyaların bərpa olunacağını açıqlayıb. ABŞ avqustun 7-də İrana qarşı sanksiyaların bir hissəsini tətbiq edib.

ABŞ İrana qarşı sanksiyalarda Türkiyə ilə yanaşı Yaponiya, Cənubi Koreya, Hindistan, Tayvan, Yunanıstan, İtaliya və Çinə güzəştə gedib.

İran ABŞ-ın sanksiyalarını qıracaq və neft satmağa davam edəcək. Bu barədə İran prezidenti Həsən Ruhani ABŞ-ın bu gün tətbiq etdiyi sanksiyalara cavab olaraq deyib.

“Birlikdə və müştərək səylərlə biz sanksiyalardan yayınacağıq. Biz ABŞ-ı peşman olmağa məcbur edəcəyik. Biz ölkəyə xarici investisiyalar cəlb edib, iqtisadi çiçəklənmə yolunu yeniləyəcəyik”, – deyə o bildirib.

Amerika sanksiyaları İrana şəxsi iqtisadiyyatın sərbəstliyini təmin etməyə icazə verdi. Bu haqda ABŞ-ın İrana qarşı sanksiyalarının yeni paketinin qəbulunu şərh edən İranın ali dini lideri ayətullah Əli Xamenei bildirib.

1979-cu ildə İslam inqilabı zamanı İranda Amerika girovlarının tutulmasının ildönümünə həsr edilən mitinqdə çıxış edən dini lideri 40 illik qarşıdurmada ABŞ-ın uduzduğunu deyib.

“Amerika sanksiyalarının hədəfi İran iqtisadiyyatını şikəst etmək idi, amma əslində onlar ölkəni sərbəstliyə itələdilər”, - o deyib.

Xameneinin sözlərinə görə, Vaşinqton sanksiyalarla İran üzərində hökmranlığa nail olmağa çalışır.

“ABŞ əmindir ki, İran noyabrın 5-də ona qarşı sanksiyaların tətbiqinə baxmayaraq, öz nüvə proqramını yeniləməyəcək”. Bu haqda ABŞ-ın dövlət katibi Mayk Pompeo “Fox News” telekanalına bildirib.

“Biz əminik ki, onlar bunu etməyəcəklər”, - Pompeo deyib.

Mayk Pompeo bildirib ki, rəsmi Vaşinqton Avropa İttifaqından olan şirkətlərə ABŞ-la və eyni zamanda İranla bizneslə məşğul olmağa icazə verməyəcək. ABŞ rəsmisi bununla da bəzi Avropa şirkətlərinin İran sanksiyalarına görə ABŞ-la əməkdaşlığı dayandırıb-dayandırmayacağı barədə suala cavab verib.

"Avropa şirkətlərinə ABŞ-la və İranla eyni vaxtda bizneslə məşğul olmağa icazə verilməyəcək", - deyə Pompeo bildirib.

Analitiklər Vaşinqtonun məqsədinin İran neftinin ixracını məhdudlaşdırmaq və bu ölkədə iqtisadi böhran yaradaraq, hakimiyyətə qarşı narazılığı körükləmək olduğunu düşünürlər. ABŞ Dövlət Departamentindən mətbuata sızan məlumatlara görə sanksiyalar belə tətbiq ediləcək:

Böyük Britaniya İranla nüvə sazişinin şərtlərinə tərəfdar olmağa davam edəcək və ABŞ-ın yeni sanksiyalarından sonra İranla ticarət əlaqələrini dayandırmayacaq. Bu haqda Britaniyanın baş nazirinin rəsmi nümayəndəsi jurnalistlərə açıqlamasında deyib.

Ukraynanın Donetsk vilayətində “qatillər fabriki” yaradılıb. Burada bütün Ukrayna üzrə 1600 insanın qətlini hazırlayırdılar. Artıq bir neçə yüksək vəzifəli Ukrayna zabitini aradan götürmək mümkün olub. Bu haqda “Donetsk Xalq Respublikası” separatçı qurumdan Yuliya Prosolova danışıb.

O, Ukrayna Təhlükəsizlik Xidmətinin (SBU) vəzifəli əməkdaşı, polkovnik Aleksandr Xaraberyuşun Mariupolda qətlinə görə 12 il həbs cəzası alıb. Terrorçu “Dövlət Təhlükəsizliyi Nazirliyinin xüsusi əməliyyatlar Mərkəzində” terror aktına hazırlıq keçib.

Dəqiqləşdirilir ki, o, Rusiya strukturları tərəfindən maliyyələşən “müəssisələr”dən tapşırıq alırdı.

“Lenin” ləqəbli Vladimir Yevdokimov mərkəzlə rəhbərlik edir. Onun sağ əli Maksim Simonov Donetsk sakinidir və Ukrayna Daxili İşlər Nazirliyinin strukturunda xidmət edirdi.

Xatırladaq ki, Aleksandr Xaraberyuş 2017-ci il martın 31-də Ukraynanın şərqindəki Mariupol şəhərində avtomobilin partladılması nəticəsində öldürülmüşdü. \\publika.az




Ana səhifəyə qayıt        Baxış: 320          Tarix: 5-11-2018, 20:19      

Xəbəri paylaş


Paylaş:   

Prizma