Xəbər lenti

Məşhur britaniyalı fizik Stiven Hokinqin 22 ədəd şəxsi əşyası hərracda 1,8 milyon funt sterlinqə satılıb.

AZƏRTAC xəbər verir ki, alimin 1965-ci ildəki “Kainatın xüsusiyyətləri” adlı doktorluq dissertasiyası, 1980-1990-cı illərdə istifadə etdiyi təkərli kürsüsü, “Simpsonlar” cizgi filmində iştirak etdiyi hissənin ssenarisi, çoxlu sayda medal və kitab satışa çıxarılıb.

Həmçinin Hokinq tərəfindən barmaq izi ilə imzalanmış “Zamanın qısa tarixi” adlı kitab da satılan əşyalar arasında olub.

Təkərli kürsünün satışından əldə edilən gəlir Stiven Hokinq Vəqfinə və Motor Neyron Xəstəlikləri Dərnəyinə bağışlanacaq.

Qeyd edək ki, Stiven Hokinq 2018-ci il martın 14-də vəfat edib.

 




Ana səhifəyə qayıt        Baxış: 315          Tarix: 10-11-2018, 12:03      

Xəbəri paylaş


Paylaş:   

Prizma