Xəbər lenti
Dünən, 15:52

Küveytin ictimai işlər naziri Hüsan ər-Rumi güclü leysanların vurduğu ziyana görə istefaya gedib.

Trend-in məlumatına görə, güclü leysanların yağması və drenaj sisteminin mövcud olmadığından bir neçə rayonu su basıb.

Nazir “güclü leysan nəticəsində Küveyt vətəndaşları və sakinlərinə dəyən maddi zərərə görə tam məsuliyyət daşıdığını” deyib. O, nazirlik əməkdaşlarının ziyanı azaltmaq səylərinə görə təşəkkürünü bildirib.

Ölkədə yağışların bazar gününə kimi yağması gözlənilir.

 




Ana səhifəyə qayıt        Baxış: 292          Tarix: 10-11-2018, 15:35      

Xəbəri paylaş


Paylaş:   

Prizma