Xəbər lenti

Kiyevdə “Cənnət Yüzlük” memorialında anım mərasimi keçirilib və gül çələngləri qoyulub. “Xatırlayırıq” aksiyası çərçivəsində tələbələrin yürüşü planlaşdırılır.

Ukraynanın Baş Prokurorluğu inqilab iştirakçılarına qarşı cinayətlərin araşdırması nəticələri üzrə brifinq keçirib. Prokurorluğun xüsusi araşdırma şöbəsinin rəhbəri Sergey Qorbatyukun sözlərinə görə, hazırda 4,700 cinayətin əksəriyyətinin üstü açılıb. O, əlavə edib ki, hazırda 15 min nəfər üzərində təhqiqat gedir.

  • 442 adam şübhəli qismində dindirilir.
  • 279 ittiham irəli sürülüb (56 nəfər birbaşa etirazçıların öldürülməsində şübhəli bilinir)
  • 13 şübhəli həbs olunub
  • 52 təqsirli məhkum edilib, onlardan 9-na həbs cəzası verilib.

2013-cü il, 21 noyabr tarixində Ukraynada sonradan “Ləyaqətin İnqilabı” adlanan inqilab başladı. Etirazçılar hökumətin Avropa İttifaqı ilə assosiasiya sazişi imzalamasını tələb edirdilər.

Etirazlar ölkədə hakimiyyət dəyişikliyinə gətirib çıxardı. Bu qarşıdurmalarda 100-dən çox insan öldü.

2014-cü il nayabr ayının 21-dən Ukraynada rəsmi olaraq “Ləyaqət və Azadlıq Günü” qeyd edilir. Bu bayram həmçinin 2004-cü il noyabrın 21-də baş vermiş “Narıncı İnqilab”a həsr olunub.

(Amerikanın səsi)

 




Ana səhifəyə qayıt        Baxış: 190          Tarix: 22-11-2018, 12:37      

Xəbəri paylaş


Paylaş:   

Prizma