Xəbər lenti

ABŞ-ın kimyəvi silahların beynəlxalq qadağanı təşkilatındakı səfiri deyib ki, İran özünün kimyəvi silah qabiliyyətini bəyan etməməklə beynəlxalq razılaşmaları pozub.

Səfir Kennet Uard Kimyəvi Silahların Qadağanı Təşkilatına (Organisation for the Prohibition of Chemical Weapons – OPCW) deyib ki, İran özünün hava bombaları istehsal edən obyektini bəyan etməyib və qadağan edilmiş kimyəvi silahların istehsalı proqramına malikdir:

“Birləşmiş Ştatlar İranın kimyəvi silahlar proqramına malik olduğunu OPCW-yə bəyan etməməsindənçoxdandır ki, narahatdır. Birləşmiş Ştatlar bundan da narahatdır ki, İran mərkəzi sinir sistemini iflic edən kimyəvi maddələrin hücum məqsədilə əldə edilməsini davam etdirir”.

İranın səfir Uardın bəyanatına reaksiyası hələ ki, bilinmir. Vaşinqton və Tehran arasında bunsuz da Suriya müharibəsi, nüvə proqramı və terrorçuluq ittihamları ilə bağlı gərginlik mövcuddur.

Uard deyib ki, İran 1980-ci illərdə Liviyaya kimyəvi sdilah ötürdüyünü bəyan etməyib və hətta Liviya 2011-ci ildə bu barədə məlumatı OPCW-yə verdikdən sonra da susmaqda davam edib. Səfir İran mənşəli mərmilərin və havadan atılan bombaların aşkar olunduğunu əsas gətirərək bildirib ki, İran özünün kimyəvi silah qabiliyyətini tam bəyan etməyib.

Prezident Donald Tramp öz ölkəsini 2015-ci il nüvə sazişindən çıxardığını elan etdikdən sonra İrana qarşı ABŞ sanksiyaları bərpa olunub. Bu arada BMT-nin nüvə gözətçisi bildirib ki, İran nüvə sazişinin özünə aid öhdəliklərinə tam əməl edir. Almaniya, Fransa və Britaniya İranla 2015-ci il sazişinin qorunub saxlanmasına çalışır.

(Amerikanın səsi)

 




Ana səhifəyə qayıt        Baxış: 498          Tarix: 23-11-2018, 12:26      

Xəbəri paylaş


Paylaş:   

Prizma