Rusiya Prezidenti Vladimir Putin və Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanın tez-tez bir araya gəlməsi bölgənin sülh və sabitliyi üçün çox əhəmiyyətlidir.
Axar.az xəbər verir ki, bunu Türkiyə millət vəkili Murad Baybatur bildirib.
"Türkiyə və Rusiyanın güc vəhdəti başda Suriya olmaqla, bölgədəki bir çox problemin də həllinə çox böyük töhfə verəcək. Liderlərin görüşləri çox əhəmiyyətlidir. Tez-tez bir araya gəlmələri və məsələlərin üz-üzə müzakirə edilməsinin böyük faydalarını görürük. Türkiyə və Rusiyanın dostluğu bundan xoşlanmayan bəzi ölkələri narahat edir. Bu günə qədər sözügedən liderlər arasında keçirilən görüşlərdə Menbiç məsələsindən tutmuş bir çox kritik məsələdə birgə hərəkət edildi. İnsanların təhlükəsizliyi üçün çox mühüm qərarlar qəbul edildi", - Baybatur vurğulayıb.
Qeyd edək ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün Rusiyaya işgüzar səfərə gedəcək.
Paylaş: