Xəbər lenti

 

“Açığı, əsas istəyimiz Türkiyənin “S-400” zenit-raket kompleksini işlək vəziyyətə gətirməməsidir”.

“Report” İHA-ya istinadən xəbər verir ki, bunu ABŞ-ın dövlət katibi Maykl Pompeo “Bloomberg” telekanalına müsahibəsində Türkiyənin Rusiyadan aldığı “S-400”lə bağlı sualı cavablandırarkən deyib.

Respublikaçılar Partiyasından olan senator Lindsey Graham sosial şəbəkədəki səhifəsində “S-400”ə dair məsələ ilə bağlı belə açıqlama yazıb: “Azad Ticarət Anlaşmasını müzakirə edərək Türkiyədəki müttəfiqlərimizlə daha güclü əlaqələr qura biləcəyimizə ümid edirəm. Bu, iqtisadiyyatlarımızı inteqrasiya edəcəkvə hər iki ölkə “qazan-qazan” prinsipi ilə faydalanacaq. Türkiyənin “S-400” sisteminin aktiv hala gətirməsi nəticəsində əlaqələrimizə zərər dəyməsinin qarşısını almaq üçün bir yol tapmalıyıq. Söhbət Türkiyədən getdiyi üçün “qazan-qazan”a üstünlük veririk, “itir-itir”ə deyil”.




Ana səhifəyə qayıt        Baxış: 193          Tarix: 26-07-2019, 17:58      

Xəbəri paylaş


Paylaş:   

Prizma