
Türkiyə Rüsiyadan S-400 zenit-raket kompleksini almaq niyyətinin səbəbini izah etməlidir.
"Report" xəbər verir ki, bunu Pentaqonun nümayəndəsi Ceff Devis deyib.
"Türkiyə NATO-nun müttəfiqidir və bizim müttəfiqlərimizlə münasibətlərimizin əsas məqamlarından biri də ondan ibarətdir ki, biz silahlanmamızın uyğunlaşmasını istərdik", - o əlavə edib.
Bundan əvvəl ABŞ silahlı qüvvələrinin qərargahlarının birləşmiş komitəsinin nümayəndəsi Cozef Danfor da Türkiyənin S-400 raketləri almaq ilə bağlı narahatlığını dilə gətirmişdi.
Xatırladaq ki, S-400 "Triumf" zenit raket sistemi taktiki və strateji təyyarələrin, ballistik raketlərin, hiper səs hədəflərinin və digər hava hücumu vasitələrinin zərərsizləşdirilməsi üçündür.
Hazırda Türkiyə S-400 raket kompleksi almaq ilə bağlı Rusiya ilə danışıqlar aparır.
Paylaş: