Xəbər lenti

 

Türkiyənin Rusiyadan “S-400” zenit-raket kompleksləri əldə etməsi Vaşinqtonun narahatçılığına səbəb ola bilərdi. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bunu ABŞ Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general Cozef Danford deyib.

 “KİV-lərdə xəbərlər yayılmışdı, lakin onlar doğru olmadı. Onlar Rusiyadan “S-400” havadan müdafiə sistemləri əldə etməyiblər. Onlar bunu etmiş olsaydılar,  bu bizdə narahatçılığa səbəb ola bilərdi. Lakin onlar bunu etmədilər”, - deyə general Cozef Danford müvafiq sualı cavablandırarkən bildirib.

 Qeyd edək ki, Pentaqon rəhbəri Ceyms Mettis ötən həftə Türkiyənin “S-400” sistemlərini əldə etmək niyyətinin Ankaranın suveren qərarı olduğunu vurğulayıb.

 “Rostex”in baş direktoru Sergey Çemezov isə bir neçə gün əvvəl bildirib ki, “S-400” zenit-raket sistemlərinin Türkiyəyə tədarükünə dair saziş üzrə texniki məsələlər artıq həll olunub,  yalnız inzibati məsələlər qalmaqdadır. 




Ana səhifəyə qayıt        Baxış: 966          Tarix: 23-07-2017, 09:02      

Xəbəri paylaş


Paylaş:   

Prizma