Xəbər lenti

Rusiyanın Volqoqrad vilayətində şəxsi evdə yanğın nəticəsində 3 uşaq ölüb.

Ovqat.com-un TASS agentliyinə istinadən verdiyi məlumata görə, yerli vaxtla səhər saat 07.50 radələrində Rusiya Fövqəladə Hallar Nazirliyinin yerli orqanına yanğın baş verməsi barədə daxil olub, 34 dəqiqə sonra yanğın söndürülüb.

Yanğınsöndürənlər yanğın baş verən evdə 2013, 2010 və 2014-cü il təvəllüdlü 3 uşağın cəsədini aşkarlayıb. Faktla bağlı araşdırma aparılır. 




Ana səhifəyə qayıt        Baxış: 880          Tarix: 4-06-2017, 13:15      

Xəbəri paylaş


Paylaş:   

Prizma