Xəbər lenti

 

“Sülh çeşməsi” əməliyyatında məhv edilən YPG/PYD terrorçularının sayı 702-yə çatıb.

Teleqraf.com xəbər verir ki, əməliyyat dövründə 40-dan çox terrorçu əsir götürülüb.

Əməliyyat YPG-də ciddi daxili parçalanmalara və ruh pozğunluğuna səbəb olub. Bu səbəbdən Rakka və Tabkada YPG-nin zorla silahlandırdığı 600-dən çox insanın fərarilik etdiyi vurğulanır.

Dünən aparılan döyüşlər zamanı Türkiyə tərəfində mövqe tutan Suriya Milli Ordusu 18 şəhid verib. Ümumən “Sülh çeşməsi” əməliyyatı zamanı Suriya Milli Ordusundan 71 nəfər həlak olub, 207 əsgəri isə yaralanıb.

Əməliyyatın ilk nöqtəsi olan Tel Abyadla Rasulayn arasındakı 120 kilometrlik bölgənin 100 kilometrinə türk ordusu nəzarəti ələ alıb. Əməliyyatn dərinliyi isə kritik M-4 magistral yolunun ələ keçirilməsi ilə 35 kilometrdir.

Türk ordusu və Azad Suriya Ordusu son 24 saatda terrorçulardan 80 kəndi xilas edib.




Ana səhifəyə qayıt        Baxış: 356          Tarix: 18-10-2019, 11:28      

Xəbəri paylaş


Paylaş:   

Prizma