Xəbər lenti

 

“Putin Suriya müharibəsinin əsas oyunçusu olduğunu sübut etdi”.

Teleqraf.com xəbər verir ki, bu barədə “The Hindu” yazıb.

Məqalədə hazırkı situasiyada Suriya məsələsində diktə edən tərəfin Rusiya Prezidenti Vladimir Putin olduğuna diqqət çəkilir:

“Suriya prosesində iştirak edən bölgənin liderləri - Suriya prezidentindən tutmuş İsrail, İran və Türkiyə başçılarına qədər strategiyalarını müzakirə etmək üçün tez-tez Kremlə gəlirlər. Çünki Suriyada diktə edən tərəf Kremldir.

Cənab Putinin razılığı olmadan Suriya böhranının həlli mümkün deyil. ABŞ-ın ölkədən çıxması yalnız boşluğu doldurmaq üçün fürsət gözləyən Rusiyanın mövqeyini gücləndirdi”.

Nəşr Putinin istənilən an Suriya böhranını həll edə biləcəyini də iddia edir.




Ana səhifəyə qayıt        Baxış: 247          Tarix: 28-10-2019, 15:03      

Xəbəri paylaş


Paylaş:   

Prizma