ABŞ Prezidenti Donald Trampın administrasiyasında Konqresin Nümayəndələr Palatasında qəbul edilmiş "erməni soyqırımı"nın tanınması və Türkiyəyə qarşı sanksiyaların tətbiqi barədə qətnamələrin əleyhinə çıxıblar.
Virtualaz.org bildirir ki, bu barədə Bloomberg məlumat yayıb.
ABŞ Dövlət Departamentinin yüksək vəzifəli rəsmisi nəşrə açıqlamasında deyib: “Soyqırımı haqqında qətnamənin, Suriyaya müdaxiləyə görə Türkiyənin qınanması ilə eyni vaxtda qəbulu uyğun olmayan məqamda edilib və qanunvericiliyin qəbuluna gətirib çıxara bilər, hansı ki, böyük ehtimalla, daha çox cəza hesab ediləcək, nəinki prinsipiallıq".
Dövlət Departamentinin nümayəndəsi ABŞ-in "erməni soyqırımı" ilə bağlı mövqeyinin dəyişmədiyini də qeyd edib. Onun sözlərinə görə, ABŞ qurbanları xatırlayır və onlara görə kədərlənir.
Paylaş: