Türkiyə və Rusiya-Bəşər Əsəd-İran üçlüyü arasındakı gərginlik İdlibin Sərakib qəsəbəsində düyünlənib. Bəşər Əsəd ordusu qəsəbəni ələ keçirərək İdlib üzərində təzyiqi artırmağı planlaşdırır. Türkiyə isə vəziyyətin gərginliyini nəzərə alaraq, bölgədəki hərbi qüvvələrinin sayını artırır.
Teleqraf.com xəbər verir ki, Əsəd ordusu ilə Türkiyə Silahlı Qüvvələri arasındakı məsafə bir kilometrdir.
Azad Suriya Ordusunun (ASO) sonuncu qalası sayılan İdlibdə baş verənlər bölgədə vəziyyəti gərginləşdirib. İdlibə nəzarət Suriya savaşı üçün həlledici ola bilər. İdlib Rusiya və İrana bağlı silahlı qruplaşmalar və hərbi qüvvələr tərəfindən addım-addım ələ keçirilir.
Sərakip Əsəd, Rusiya və İran qüvvələrinin İdlibə çatması üçün ən kritik nötqə sayılır. İdlibin mərkəzindən cəmi 17 km uzaqdadır. Qəsəbənin strateji əhəmiyyətini artıran yeganə faktor təkcə İdlibə yaxınlığı deyil. Qəsəbə ölkənin şimal və cənubunu, Dəməşq və Hələbi bir-birinə bağlayan M5 magistral rolu ilə Ləzgiyə, İdlib və Hələbdən İraqa uzanan M4 magistral yolunun kəsişməsində yerləşir.
Rusiya və İran tərəfindən dəstəklənən Əsəd rejimi məhz bu nöqtəni ələ keçirmək üçün bölgədə təzyiqləri artırır. Sərakib yaxınlığında yerləşən Türkiyə Silahlı Qüvvələri ilə rejim ordusu arasındakı məsafə isə cəmi 1 km-dir.
Türkiyə Əsəd ordusunun gözlənilməz hücumunun qarşısını almaq məqsədilə bölgədəki hərbi qüvvələrinin və texnikalarının sayını artırmağa başlayıb.
Paylaş: