Xəbər lenti


İsraildə koronavirusa yoluxma hallarının kəskin artması ilə əlaqədar bir sıra məhdudiyyətlərin aradan qaldırılması dayandırılıb. “Qafqazinfo” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə ölkənin Baş Naziri Binyamin Netanyahu bildirib.

“Yaxın günlərdə həyata keçirməyi planlaşdırdığımız məhdudiyyətləri aradan qaldırmaq üçün bütün tədbirləri dayandırdıq. Biz bunu gələn həftə sınaqdan keçirəcəyik. Yeganə istisna şadlıq zallarıdır. Biz onlara Səhiyyə Nazirliyinin direktivlərinə uyğun olaraq işləməyə icazə verəcəyik”, - hökumət başçısı bildirib.

Qeyd edək ki, İsraildə koronavirusa yoluxanların sayı 17 915, bu virusdan ölənlərin sayı isə 298-dir.




Ana səhifəyə qayıt        Baxış: 2 165          Tarix: 9-06-2020, 09:06      

Xəbəri paylaş


Paylaş:   

Prizma