Xəbər lenti

 

Fransa polisi Parisin mərkəzində xüsusi əməliyyat keçirir.

Publika.az “RİA Novosti”yə istinadən xəbər verir ki, BFMTV kanalının məlumatına görə, naməlum avtomobil Yelisey meydanında sürətlə polis maşınına çırpılıb. Toqquşma nəticəsində avtomobil alışıb. İçərisindəki şəxs polis tərəfindən nəzarətə götürülüb.

İlkin ehtimallara görə, qəza bilərəkdən törədilib. Hazırda tibbi personal səbəbkarın həyatını xilas etməyə çalışır.

Yerli jandarm idarəsinin sözlərinə görə, avtomobilin sürücüsü silahlı olub. Maşından qaz balonu da tapılıb.

Hadisə nəticəsində zərərçəkən olmayıb.

“Royter”in məlumatına görə, hüquq-mühafizə orqanları “Marinyi” teatrını boşaldıb və insanlar təxliyə olunub. Hadisəyə yaxın ərazilərdə bombaaxtaranlar işləyir.

Pərviz




Ana səhifəyə qayıt        Baxış: 735          Tarix: 19-06-2017, 20:05      

Xəbəri paylaş


Paylaş:   

Prizma