Fransanın müdafiə naziri Silvi Qular saxta iş yerlərinin yaradılması şübhəsiylə barəsində başlanılmış cinayət işi ilə əlaqədar istefa verib.
"Report" BFMTV-yə istinadən xəbər verir ki, nazir istefa qərarını araşdırma zamanı aşkarlıq və xoş niyyət nümayiş etdirmək istəyi ilə əsaslandırıb.
Prokurorluq S.Qulara qarşı cinayət işini iyunun 9-da başlayıb. Belə ki, Fransa hüquq-mühafizə orqanlarına 2010-cu ildə Avropa Parlamentində S.Quların köməkçisi kimi adı gedən, amma heç vaxt belə funksiyaları yerinə yetirmədiyini iddia edən şəxs tərəfindən müraciət daxil olub. Adı açıqlanmayan şəxsin ifadəsinə görə, ümumilikdə 12 saxta köməkçi olub.
Qeyd edək ki, eyni işdə Avropa İttifaqı ilə əlaqələr və xarici işlər naziri yanında Avropa işləri üzrə məsul nazir Mariel de Sarnezin də adı hallanır.
Paylaş: