Xəbər lenti

Mərkəzi Afrika Respublikasında mövcud olan hərbi qruplaşmalar arasında baş vermiş silahlı toqquşmalar zamanı 50 nəfər öldürülüb.

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, hadisə Bria şəhərində qeydə alınıb.

Şəhərin meri "Reuters"ə açıqlamasında qonşu rayonlarda da öldürülənlərin olduğunu deyib.

"Təxminən 50 nəfərin öldürüldüyünü deyə bilərəm. Xəstəxanaya 42 cəsəd aparılıb" – deyə mer Moris Belikus bildirib.

Mer qonşu rayonlardakı toqquşmalar zamanı öldürülənlərin cəsədlərinin hələlik xəstəxanalara aparılmadığını qeyd edib. 

 




Ana səhifəyə qayıt        Baxış: 891          Tarix: 21-06-2017, 12:43      

Xəbəri paylaş


Paylaş:   

Prizma