Xəbər lenti

 Çox təəssüf ki, Stalinin yanında Mikoyan oturduğu kimi, bu gün də Putinin yanında Lavrov oturur.

Bu sözləri Axar.az-a açıqlamasında millət vəkili Elman Məmmədov deyib. Millət vəkili bu gün Dağlıq Qarabağ konfliktinin birbaşa həllinin açarının Moskvada olduğunu bildirib:

“Rusiya istəsə, Dağlıq Qarabağ məsələsini ABŞ, Fransa, BMT və ATƏT-siz çox qısa müddətdə ədalətli həll edə bilər. Çox təəssüf ki, Rusiya bunu əməldə yox, sözdə ifadə edir. Putin dəfələrlə münaqişənin sülh yolu ilə həllini dilə gətirib. Bəs onda maraqlıdır, Moskva nəyi gözləyir? Əksinə, Rusiya əvəzində İrəvana milyardlarla dollarlıq silah-sursat verib. Ermənistanda bu gün Rusiyanın ən müasir silahlarla silahlanmış böyük bir ordusu yerləşir. Zənnimcə, Azərbaycan-Rusiya əlaqələri belə deməyə əsas verir ki, Moskva gec-tez Ermənistanın ona ancaq ziyan verdiyini anlamalıdır. Çünki regionun aparıcı dövləti kimi Azərbaycanın Rusiya üçün əhəmiyyəti getdikcə daha da artır. Hazırda Rusiya-Azərbaycan-İran əlaqələri, Şimal-Cənub dəhlizi Moskva üçün həyati əhəmiyyət daşıyır”.

Millət vəkili Azərbaycan və Rusiya prezidentlərinin bu il ərzində gözlənilən görüşünə də toxunub:

“Qarabağ məsələsinin həlli ilə bağlı ciddi müzakirələr istisna edilmir. Rəsmi Bakı artıq hansısa bir müsbət nəticənin əldə olunmasını çox istəyir. Çox təəssüf ki, Stalinin yanında Mikoyan oturduğu kimi, bu gün də Putinin yanında Lavrov oturur. Lavrovlar Putinin ətrafını hörümçək toru kimi tutub. Buna görə də problemin həllində əngəllər ortaya çıxır”.




Ana səhifəyə qayıt        Baxış: 876          Tarix: 23-06-2017, 08:55      

Xəbəri paylaş


Paylaş:   

Prizma