Xəbər lenti
 
 
Dünən Latviya Elektron Media Milli Şurasının (LEMMŞ) iclası keçirilib və Rusiyanın RTR TV kanalının Latviyada bir il müddətinə yayımlanmasına qadağa qoyub.
 
Ovqat.com xəbər verir ki, qadağa fevralın 15-dən qüvvəyə minəcək.
 
“Biz hər zaman informasiya sahəmizi qorumuşuq, qoruyuruq və qoruyacağıq”, - LEMMŞ idarə heyətinin sədri İvars Abolins qərarı şəhr edərkən belə deyib.
 
Milli Şura rəhbəri telekanalın 10 iyul 2020-ci ildə 60 dəqiqəlik proqramda Petro Poroşenkonun "terrorçu" adlandırıldığını xatırladıb. İvars Abolinsın fikrincə, bu qəbuledilməzdir. Abolins eyni proqramda keçmiş Sovet İttifaqı respublikalarının “uğursuz ölkələr” adlandırılması, xüsusilə “Baltikyanı ölkələrin müzakirə edildiyi” bir başqa qanun pozuntusunun da baş verdiyini bildirdi.
 
Keçən həftə LEMMŞ bu faktları Rusiya RTR telekanalının nümayəndələri ilə müzakirə etməyə çalışdı, lakin Rusiya tərəfi bu cür açıqlamaları sadəcə "fikir müxtəlifliyi" kimi qiymətləndirib.
 
LEMMŞ-ın bu addımı sözügedən ölkədə rus telekanalları barədə verilmiş ilk qərar deyil. Latviyanın ən böyük kabel operatoru “TET”-in qərarı ilə bir müddət əvvəl beş Rusiya telekanalı “Latviya vətəndaşları üçün zərərli” hesab edilərək yayımı dayandırılmışdı.
 
Rusiyanın Latviya səfirliyi qərarı “söz azadlığına müdaxilə” və “azad rəqabətə dayana bilməmə” kimi qiymətləndirib.


Ana səhifəyə qayıt        Baxış: 4 863          Tarix: 9-02-2021, 07:09      

Xəbəri paylaş


Paylaş:   

Prizma