Xəbər lenti
Bu gün, 22:50
Bu gün, 21:23
Bu gün, 20:40
Bu gün, 17:20
Bu gün, 12:41
Bu gün, 11:56
Bu gün, 09:42
Dünən, 23:30
Dünən, 20:30
Dünən, 19:40
Dünən, 17:54
Dünən, 14:34
Fransa Prezidenti Emmanuel Macron sentyabr ayının sonunda Latviya və Litvaya səfər edəcək.
Ovqat.com-un Latviyanın Baltnews.com portalına istinadən verdiyi məlumata görə, səfərin rəsmi məqsədi Baltikyanı respublikaların rəhbərləri ilə görüşmək və Fransız hərbi personalını ziyarət etməkdir.
Latviyada isə ziyarətin bir də alt qatı olduğuna inanırlar. Ehtimallara görə, Makronun səfərinin əsas məqsədi ənənəvi “nəzakət ziyarəti” ilə yanaşı, özünün Avropa Birliyində ən güclü siyasətçi olmasına zəmin hazırlamaqdır. Xüsusilə də Almaniya kansleri Angela Merkelin karyerasının sona çatdığı bir zamanda bu ehtimal kifayət qədər əsaslı görünür.
"Etiraf olunmalıdır ki, Makron Baltikyanı ölkələrin Rusiya, Ukrayna və indi Belarusdakı proseslərlə əlaqədar fikirləri ilə maraqlanır. Sirr deyil ki, Merkellə müqayisədə Fransa prezidenti Putinlə "konstruktiv” dialoq üçün daha açıqdır. Baltikyanı ölkələrin Avropa-Rusiya münasibətlərində arzuolunmaz dəyişikliklər etməli olduğunu düşünmürəm. Bu "konstruktiv dialoq" üçün yol açacaq şərtlər haqqında rəsmi şəxslərin fikirlərini bilmək daha çox ehtimal olunur – “Latvijas Avze” müəllifi Maris Sanders belə yazıb.
“Makron Avropanın vahid ordusu ideyası ilə birlikdə Avropa Birliyi dövlətləri arasında daha sıx əməkdaşlığı açıq şəkildə dəstəkləməsiylə tanınır. Təsadüfi deyil ki, Fransa lideri NATO-nun ardıcıl bir tənqidçisidir. O ötən il açıq şəkildə NATO-nun “beyin ölümü” keçirdiyini bildirmişdi.
Makron keçən il Avropanın "uçurumun astanasında olduğunu" və artıq ABŞ-ın hərbi müdafiəsinə arxalana bilməyəcəyini, bu səbəbdən özünü müstəqil bir geosiyasi qüvvə kimi strateji düşünməyə başlamasının vacibliyini, əks halda öz taleyini idarə edə bilməyəcəyini söyləmişdi”,-Baltnews.com portalı bu fikirdədir.
Portal həmçinin iddia edir ki, Baltikyanı ölkələr transatlantik əməkdaşlığın qızğın tərəfdarı olduqları üçün səfər zamanı bu mövzunun da qaldırılması tamamilə mümkündür.
Makronun Latviya və Litvaya səfərinin 29-30 sentyabr tarixlərinə planlaşdırıldığı xəbər verilir. Bu, Fransa Prezidentinin Baltikyanı ölkələrə 2001-ci ildən bəri ikitərəfli formatda ilk səfəri olacaq. Ən son Latviyaya Fransanın sabiq prezidenti Jak Şirak gəldi.
Latviyada Makron prezident Egils Levits və baş nazir Krisjanis Karins ilə görüşəcək. Fransa səfirliyinin saytında yer alan məlumata görə, Litvada prezident Gitanas Nauseda ilə danışıqların, həmçinin NATO-nun Rukla taburunda olan Fransız hərbçilərinin ziyarətinin planlaşdırıldığı bildirilir.
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar