Xəbər lenti
 
 
 
Türkiyə ilə Rusiya arasında kosmos sahəsində əməkdaşlıq görüşmələri aktiv şəkildə həyata keçirilir.
 
Ovqat.com xəbər verir ki, Rusiyanın Kosmos Agentliyi (Roscosmos) bu məlumatı yayıb.
 
Agentliyin bildirdiyinə görə, Türk tərəfdaşları ilə işləmək fürsətindən hər zaman məmnundurlar: "Ölkələrimiz kosmik sektorda onsuz da güclü əlaqələr qurublar. Uzun müddətdir fərdi kosmik layihə imkanlarını müzakirə edirik və Türkiyənin Milli Kosmik Agentliyinin yaradılması üçün apardığımız danışıqlar yeni səviyyəyə yüksəlir”.
 
 

Türkiyədən konkret təkliflər gözlədiklərini bildirən agentlik onu da vurğulayıb ki, "hazırda ikitərəfli hökumətlərarası sənədləri hazırlamaq, münasibətləri inkişaf etdirmək və daha uğurlu, möhkəm təməl yaratmaq üçün kosmik fəaliyyətlər istiqamətində əməkdaşlıqlar davam edir." 
 
Qeyd edək ki, Türkiyənin "Milli Kosmos Proqramı" dünən Baş nazir Rəcəb Tayyib Ərdoğan tərəfindən təqdim edilmişdi. Ərdoğan bildirmişdi ki, Türkiyə 2023-cü ilə qədər Aya kosmonavt göndərəcək. Türkiyə hökumətinə yaxın dairələr isə Ərdoğanın ilk Türk kosmonavtının qadın olmasını arzuladığını da gizlətməmişdilər.




Ana səhifəyə qayıt        Baxış: 5 099          Tarix: 10-02-2021, 19:45      

Xəbəri paylaş


Paylaş:   

Prizma